Sabunçu rayonda sərnişindaşıma qaydalarını kobud şəkildə pozan avtobus sürücüsü insanların həyatını təhlükəyə atıb. Unikal.org Avtosfer.az-a oxucular tərəfindən göndərilən fotodan da göründüyü kimi, 204 saylı marşrut avtobusunun qapısı açıqdır və sərnişinlər sallanaraq yol gedirlər. 

Həmin fotonu oxuculara təqdim edirik. Ümid edirik ki, aidiyyatı orqanlar bununla bağlı tədbir görəcək…