Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Atme çadır düşərgəsində Azad Suriya Ordusunun növbə dəyişdirilməsi zamanı baş verən partlayışda ən azı 20 nəfər həlak olub, çox sayda yaralı var.

Unikal.org türkiyə mətbuatına istinadən məlumatına görə, partladıcı qurğu yerləşdirilmiş avtomobil sərhəd-keçid məntəqəsi yaxınlığında partladılıb.

Hadisənin təfərrüatları araşdırılır.

DEAŞ terror təşkilatı hücuma görə məsuliyyəti boynuna götürüb.