Xəbər verdiyimiz kimi xalq artisti Brilliant Dadaşova 5 oktyabrda Show TV-də yayımlanan "Evleneceksen gel" proqramında qonaq olmalı idi. 

Unikal.org-un primetime.az-a istinadən məlumatına görə, Brilliant xanım, Seda Sayan və Uğur Arslanın təqdimatında yayımlanan evlilik verilişində qonaq olmaqdan özü imtina edib. 

Xalq artistinin verilişə çıxmamasının əsas səbəbi kimi Məhərrəm ayının hüznlü günlərinin davam etməsi göstərilib.