"Google şirkəti 12 yaşlı ispaniyalı Xose Xaverin 100 min avro borcunu bağışlayıb.

Unikal.org xəbər verir ki, bu barədə "BBC məlumat yayıb.

Torrevexa şəhərinin azyaşlı sakini "Adwords vasitəsilə üzvü olduğu "Los Salerosos" qrupunun çıxışını reklama qoyaraq qazanc əldə etməyə çalışıb. Ancaq o, yerləşdirməni düzgün etməyib və nəticədə 100 avro borc yaranıb.

"Google şirkətinin mətbuat katibi açıqlamasında, 12 yaşlı Xaverin düşünmədən səhvə yol verdiyini bildirib. Bu səbəbdən onun borcu şirkət tərəfindən bağışlanıb.