ABŞ-ın yeni Milli Hərbi Strategiyasında Rusiya və Çin ilə yanaşı, İran da amerikalıların başlıca rəqibi hesab olunub.

Unikal.org İran mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri qərargah rəisləri komitəsinin sədri, general Cozef Danford bildirib.

"Biz bu günlərdə yeni Milli Hərbi Strategiya üzrəində hazırlıq işini başa çatdırdıq. Bu, tezliklə imzalanacaq. Mən bunu ABŞ-ın müdafiə naziri Eşton Karterə təqdim etməliyəm. Qərargah rəisləri və mən bu sənədi tam yenihazırlamışıq" - general vurğulayıb.

Onun sözlərinə görə, hazırda ABŞ-ın təhlükəsizliyinə Rusiya, Çin,Şimali Koreya, İran və müxtəlif ekstremist və terrorçu qruplaşmalar tərəfindən təhdidlər var: "ABŞ-ın Silahlı Qüvvələri bu təhdidin matritsasını "4+1" düstutu ilə səciyyələndirir."