"ABŞ-ın dövlət katibi Con Kerrinin Dağlıq Qarabag münaqişəsinin həlli ilə bağlı verdiyi bəyanat Azərbayacnı həddindən çox təəcübləndirir və məyus edir.

Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

"Biz düşünürük ki, bu gün dünyada bütün proseslərdə iştirak edən, bütün proseslərə özünün tövhəsini verməyə sanki çalışan super dövlətin vəzifədən getmə ərəfəsində (bilirsiniz ki, bir müddətdən sonra seçkilər olacaq) olan bir rəsmisinin belə bir bəyənat verməsi çox məyusedici və təəcübləndiricidir".