Image result for sahibsiz itlər Azər QarayevAzərbaycan Heyvanların Mühafizə Cəmiyyətinin prezidenti Azər Qarayev Unikal.org-a müsahibəsində maraqlı məqamlara toxunub.

-Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının küçədə sahibsiz itləri öldürməsi faktları mövcud idi. Hazırda sizin təşkilat tərəfindən belə hallar aşkarlanırmı?

-Belə bir hal 6-7 aydır ki, mövcud deyil. Amma bu idarə hələ də mövcuddur, guya heyvanları öldürmürlər. İdarə tərəfindən sahibsiz heyvanlar üçün kiçik bir sığınacaq düzəldilib. Əlbəttə ki, 20-30 heyvan üçün nəzərdə tutulan bu sığınacaq Bakı şəhərindəki çoxlu sayda sahibsiz itləri saxlaya bilməz. Heyvanların öldürülməsi prosesi dayandırılıb, ancaq həmin idarə fəaliyyət göstərir. Vaxtaşırı məlumatlar gəlir ki, Bakı şəhərinin rayonlarında silahlı adamlar heyvanları qırırlar. Zəng edəndə vətəndaşlara bildirirlər ki, onlar heyvanları öldürmürlər. Bu sahədə boşluqlar var. Hazırda bu proses keçid mərhələsindədir. Bunun nə qədər davam edəcəyi bəlli deyil. Böhran olmasaydı güman edirəm ki, dövlət bu məsələni həll edərdi. Sahibsiz heyvanların saxlanılması üçün normal sığınacaq tikilərdi. Sadəcə olaraq prioritetlər bir az dəyişib. Müəyyən çətinliklər səbəbindən bu proses bir qədər yubanır. Vətəndaşlar bildirirlər ki, sahibsiz heyvanların çoxalması müşahidə olunur. Biz bu prosesi monitorinq edən zaman belə faktlara rast gəlməmişik. Heyvanların sayı olduğu kimi qalıb. O qədər də çoxalma yoxdur. Çünki antropagen təsirlər nəticəsində bu heyvanlar qırılır. Misalçün, yollarda maşınların altında qalırlar və.s. Narahatçılıq doğuran rəqəmlər mövcud deyil.

-Olmazmı ki, bu idarənin təyinatı dəyişdirilsin və sahibsiz heyvanlara qarşı deyil, onları bəsləyən, sığınacaq verən bir qurum kimi fəaliyyət göstərsin?

Image result for sahibsiz itlər Azər Qarayev

-Mənə bir neçə dəfə bu sualı veriblər. Cavabımda bunun mümkün olmadığını bildirmişəm. Cəllad cərrah ola bilərmi? Təbii ki, yox. Həmin insanlar o heyvanlarla ünsiyyət tapa bilməzlər. Çünki, heyvanın hissiyatı insandan daha güclüdür və o həmin insanın qəddar olduğunu hiss edəcək. Bunun nəticəsində heyvanı tuta bilməyəcəklər. İkinci tərəfdən bu sığınacaqda işləmək üçün xüsusi dərəcə lazımdır ki, bu da itlərə silah atıb öldürən insanlarda yoxdur. Sığınacaqda işləmək üçün xüsusi təlim keçmiş, heyvanların psixologiyasını bilən insanlar lazımdır. Əsas məsələ sığınacağa gətirmək üçün küçədə olan sahibsiz heyvanı tutmaqdır. Heyvanı humanist şəkildə tutmaq çox vacibdir. Bu prosesdən sonra baytar və zootexnik işləyir. Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsində bunun üçün potensial yoxdur. Yeni qurum yaradılmalı və ixtisaslı kadrlar cəlb olunmalıdır.

-Son günlər sosial şəbəkələrdə vətəndaşlar küçələrdəki sahibsiz itlərin sayının çoxalması və insanlara hücum etmələri barədə yazırlar. Həqiqətənmi təhlükəli vəziyyət yaranıb?

Image result for sahibsiz itlər güllələndi

- O qədər də ciddi narahatçılıq doğuran vəziyyət yoxdur. Bu insanlarda olan qorxudan irəli gəlir. Bilmirəm, insanlarda bu qorxu nədən yaranır. Hesab edirəm ki, bu psixoloji, tərbiyəvi prosesdir. Amma itlərin vətəndaşlara hücum etməsi faktları müşahidə edilmir. Mənə hərdən zəng edib deyirlər ki, həyətimizdə çoxlu itlər var, biz nə edək? Birinci kimisə dişləyib-dişləmədiyini soruşuram. Deyirlər belə bir hal yoxdur, ancaq, dişləyə bilər. Məsləhət görürəm ki, evdən çıxanda həmin itə bir tikə yemək verin. Ona yemək verən insanı heç bir it dişləmir. Bunu insanlara başa sala bilmirəm. Biz rayonlarda təbiətdə olan yırtıcıların qeydiyyatını aparan zaman Azərbaycan üzrə 2000 canavarın olduğunu gördük. Amma hansı rayona gedirsən, deyirlər, canavar baş alıb gedir. Bu münasibətdən yaranan bir qorxudur. Nifrət hissi nəticəsində insanlara elə gəlir ki, yırtıcı heyvanlar çoxdur. Hansı ki, 2000 elə də böyük rəqəm deyil. Bütün hallarda ictimaiyyətdə pisxoloji şüur dəyişməlidir.

Həsən Babayev