Unikal.org primetime.az- a istinadən xəbər verir ki, ötən gecə paytaxt məkanlarının birində balaca balaların zövq yarışması keçirilib. Yarışmanın aparıcısı Seyran Babayev olub. Gecədə uşaqlar, əl işlərindən hazırlanmış geyimləri nümayiş etdiriblər. Mərasimdə əməkdar artist Elza Seyidcahan çıxış edib. 

O, "Mən küləyin gəliniyəm" adlı konsert verib. Müğənnni hər zaman ki kimi qeyri-adi geyimləri ilə diqqət çəkib. Gecədə xalq rəssamı Ömər Eldarov, xalq artisti Məleykə Əsədova qızı, eləcə də müğənni Elton Hüseynəliyev ailəsi ilə birgə iştirak edib.