Bakıdadaş karxanasının gözətçisi quldur basqınına məruz qalıb.

Unikal.org-un "Report"a istinadən məlumatına görə, hadisə Qaradağ rayonu Güzdək qəsəbəsində yerləşən daş karxanasında qeydə alınıb.

Oradagözətçi işləyən Cəlilabad rayon sakini Namiq Məmmədov quldur basqınına məruz qalıb. Əvvəlcə karxanaya gələn naməlum şəxs N.Məmmədovun ayaq nahiyəsinə,daha sonra boğazına bıçaqla zərbə vurub. Bundan sonra o, N.Məmmədovun132 manat pulunu aparıb.

N.Məmmədov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Qaradağ Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları quldurluqda şübhəli bilinən şəxsin kimliyini məlum edə bilib. Məlum olubki, bu,əvvələr quldurluqəməlinə görə məhkum olunmuş Yaşar Şəfiyevdir. Hazırda hüquq-mühafizə orqanlarınınəməkdaşları onun tutulmasıistiqamətində araşdırma aparır.