Unikal.org primetime.az-a istinadən bildirir ki, məşhur rusiyalı müğənni, aktrisa, televiziya aparıcısı, "VİA Qra" qrupunun keçmiş solisti Albina Canabayeva Azərbaycan paytaxtına sevgisini "Moskva-Bakı" saytı vasitəsilə bildirib. "Bakını dəlicəsinə sevirəm. Harada ki, gözəl, qonaqpərvər, səmimi insanlar yaşayır. Azərbaycan xalqı kimi ürəyiaçıq bir millət görmədim. Əllərində olan son tikəsini belə sənə verərlər".

Müğənni Bakıya yenidən gəlmək planlarından da bəhs edib: "Planlarımda gələn yay Bakıya getmək var. Gözəl şəhərdə yenidən olmaq mənim üçün çox sevindirici olardı".