Oktyabrın 6-da Bakıda daha bir intihar hadisəsi baş verib. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Suraxanı rayonu, Dədə Qorqud yaşayış massivində yaşayan 1967-ci il təvəllüdlü Məmmədov Siyavuş Dursun oğlu özünü qaz borusunda asıb. Onun həyatına qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, dünən Bakının Sabunçu və Binəqədi rayonlarında da intihar hadisəsi baş verib.