Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Salyan və Ağstafa rayonlarında Partlamamış Hərbi Sursatlar (PHS) aşkarlanıb.

ANAMA-nın mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Salyan rayonununda Şirvan Milli Parkının ərazisində 2 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd 93 mm-lik tank əleyhinə raket (PQ-7VL) və 1 ədəd 140 mm-lik raket (M-14 OF)) aşkar edilərək götürülüb.

Ağstafa rayonunun Saloğlu qəsəbəsində isə su kanalının yaxınlığında əraziyə baxış keçirilib, 404 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Bunlardan 4-ü 100 mm-lik top mərmisi (BM-6), 1-i 73 mm-lik OQ-9 raketi, 1-u PQ-7 raketinin mühərrik hissəsi, 1-i 122 mm-lik top mərmisi (A-1), 3-ü 40 mm-lik silah qumbarası (VOQ-25), 3-ü siqnal raketi, 2-i güllə gilizi (12x7 mm), 1-i güllə gilizi (12x7 mm) (boş), 341-i güllə (7x62 mm), 32-i güllə (5x45 mm), 16-sı tapança gülləsi, 2-si 100 və 122 mm-lik top gilizi (boş), 1-i güllə darağı (5x45 mm) (boş), 1-i PQ-7 raketinin mühərrikinin qapaq hissəsi (boş)), 2-si isə "siqnal minasıdır. PHS-lər ərazidən götürüb.