Facebook sosial şəbəkəsində Bərdədəki məktəblərdnə biri ilə bağlı maraqlı məlumat paylaşılıb.

Unikal.org
xəbər verir ki, bu barədə modern.az saytı məlumat yayıb. Sosial şəbəkə istifadəçilərinin yaydığı məlumatda qeyd edilib ki, rayonun Hacallı kəndindəki orta məktəbdə oxuyan şagirdlərdən birinin valideyni "süpürgəpulu tələbinə qarşı original addım atıb.

Belə ki, ata övladının "məktəbdə yenə "süpürgəpulu istəyirlər sözlərindən sonra problemi necə deyərlər, "kökündən həll etmək qərarına gəlib. Dəfələrlə məktəbə "süpürgəpulu yollayan ata bu dəfə 150 ədəd süpürgə alaraq, təhsil müəssisəsinə göndərib. 

Deyilənə görə, indi Bərdədə çox adam bu hadisədən danışır.