Bakı metrosunda qadın sərnişin yıxılaraq xəsarət alıb.

Unikal.org-un
Report-a istinadən məlumatına görə, hadisə metronun Nəriman Nərimanov stansiyasında qeydə alınıb.

Məlumata görə, 1983-cü il təvəllüdlü Şəbnəm Məmmədova stansiyanın çıxışında yerləşən pilləkəndan ehtiyatsızlıq nəticəsində yıxılaraq kəllə-beyin travması alıb.

Ş.Məmmədova təcili tibbi yardım maşını vasitəsilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti orta-ağırdır.