Luqansk vilayətinin Slavyanoserbsk qəsəbəsində Ukrayna dövlətinə qarşı vuruşan separatçıların dəstəsinin komandiri Baqqi ləqəbli erməni Armen Baqiryan öldürülüb. 

Unikal.org bildirir ki, modern.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda jurnalist Qalina Sozançuk məlumat yayıb.
Rusiya vətəndaşı olan Baqiryan 2015-ci ildə Kiyevin tanımadığı Slavyanoserbsk qəsəbə administrasiyasına rəhbərlik də edib.

Bundan əvvəl xəbər verilirdi ki, Baqiryan da daxil olmaqla üsyançılar qəsəbə yaxınlığından keçən Severski Donets çayı vasitəsilə fasiləsiz ərzaq məhsullarının daşınması üçün pul tələb edirlər.
Rusiya tərəfi dəfələrlə bəyan edib ki, Şərqi Ukraynadakı münaqişədə tərəf deyil və bu ölkənin hərbçiləri döyüşlərdə iştirak etmirlər. 

Bu fakt isə sübut edir ki, Rusiya Baqiryan kimi mənfur ermənidən Ukrayna dövlətinə qarşı savaşda alət kimi istifadə edir.