Gürcüstanın Marneuli rayonunun seçki məntəqəsində qarşıdurma baş verib. 
 Unikal.org xəbər verir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneuli rayonunun Qızıl Hacılı kəndindəki 48 nömrəli seçki məntəqəsində hakim "Gürcü arzusu" və "Vahid Milli Hərəkat müxalifət partiyasının tərəfdarları arasında qarşıdurma baş verib, xəsarət alanlar var.

Məlumata görə, 100-dək dəyənəklərlə silahlanmış şəxs məktəb binasında fəaliyyət göstərən seçki məntəqəsinə hücum edərək oranı daşqalaq edib və seçki qutularını aparmağa cəhd ediblər. Hücum edənlərlə "Vahid Milli Hərəkat partiyasının tərəfdarları arasında qarşıdurma baş verib. Əlbəyaxa davada 200-dək şəxsin iştirak etdiyi bildirilir.

Hadisə yerinə çoxlu sayda polis əməkdaşı və həkim briqadaları cəlb olunub.
Məlumata görə, qarşıdurmanın qarşısını almağa çalışan polis əməkdaşları arasında xəsarət alanlar var.
Qeyd olunan seçki subyektlərinin nümayəndələri insidentin baş verməsində bir-birilərini ittiham edir.
Polis hazırda vəziyyəti nəzarətə götürüb.