Gürcüstandakı parlament seçkilərində "Exit-poll keçirən ABŞ-ın TNS şirkəti nəticələri açıqlayıb. 

Unikal.org bildirir ki, modern.az xarici mediaya istinadən xəbər verir ki, bu nəticələrə görə "Gürcü arzusu-demokratik Gürcüstan hakim partiyası 53,8 faiz səs toplayıb.
Hakimiyyətdə olan keçmiş "Vahid milli hərəkat partiyası 19,5 faiz səslə ikincidir.

Sorğuya görə, baryeri aşmaq şansı "David Tarxan-Mouravi, İrma İnaşvili - Vətənpərvərlər Alyansı, Birləşmiş müxalifət və "İrakli Alasaniya-Azad demokratlar bloklarının da var. Bu iki blok 5 faiz səs toplaya biliblər.

Leyboristlər Partiyası 3,1, Respublika Partiyası və "Paata Burçuladze-Dövlət xalq üçün bloku 2,7, "Burcanadze-Demokratik hərəkat bloku 2,3 faiz səs yığıblar. Qalan partiyalar 1 faizə qədər səs toplayıblar.

GFK beynəlxalq şirkətinin keçirdiyi "Exit-pollun nəticələri isə fərqlidir. Bu şirkətin sorğusuna görə, "Vahid milli hərəkat 32,74, "Gürcü arzusu 39,9 faiz səs toplaya bilib.
"Exit-pollun nəticəsinə görə, daha bir partiya - Vətənpərvərlər Alyansı bloku da 5 faizlik baryeri aşa bilir.

Ardınca 4,21 faiz səslə Leyboristlər Partiyası, 3,21 səslə "Azad demokratlar İrakli Alasaniya bloku gəlir.