Gürcüstanda keçirilən parlament seçkiləri başa çatıb.
Gürcüstandakı parlament seçkilərində "Exit-poll keçirən ABŞ-ın TNS şirkəti nəticələri açıqlayıb.

Unikal.org xəbər verir ki, modern.az saytının əldə etdiyi məlumata görə seçkilərdə qalib gələn azərbaycanlı namizədlərin kimliyi ilkin nəticələrdə yer alıb.

Belə ki, Hakim "Gürcü arzusu partiyasından deputatlığa namizədlər Ruslan Hacıyev və Mahir Dərziyev ilkin məlumatlara görə səs çoxluğu ilə öndədirlər.

Vahid Milli Hərəkat Partiyasından Azər Süleymanov və Əhməd İmanquliyev də səs çoxluğu ilə öndədirlər.