Göz görə-görə arxadan avtobusa çırpıldılar

Bir motosikletə minən 4 nəfər qəzaya düşüb. Unikal.org avtosfer.az-a istinadən xəbər verir ki, Çində qeydə alınan görüntüdə, magistral yolda hərəkətdə olan avtobus sərnişin düşürtmək üçün dayanacaqda dayanır. 

Bu arada 4 nəfərin olduğu motosiklet göz görə görə arxadan avtobusa çırpılır. Qəzanın təsirindən motosiklet aşır, 4 nəfərdən 2-si yerdə hərəkətsiz halda qalır. Ətrafdan gələn insanların köməkliyi ilə xəstəxanaya çatdırılırlar.