DÇ-2018-in seçmə mərhələsində öz meydanında Norveç ilə qarşılaşan milli komandamız 1:0 hesablı qələbəyə sevinib. 
Keçirdiyi hər 2 oyunda qələbə qazanan yığmamız qrupda liderliyə yüksəlib. 

Unikal.org xəbər verir ki, matç başa çatdıqdan sonra AFFA prezidenti Rövnəq Abdullayev apasport.az saytının əməkdaşının da iştirak etdiyi brifinqdə qısa açıqlama verib. 

- Oyun haqqında fikirlərinizi bildirərdiniz...

- Təbii, qane etdi. Kimi etmədisə, əlini qaldırsın (gülür). 

- Oyun necə, xoşunuza gəldi?

- Çox xoşuma gəldi. Gəlin, qəbul edək ki, güclü, iddialı komanda ilə qarşılaşdıq. Hətta dünən jurnalistləri mətbuat konfransına da gəlməmişdi ki, hər şey hazırdı. Ancaq gərək belə arxayınlıq etməyəsən. Çox sevinirəm ki, seçmə mərhələdə iki oyunda qələbə qazandıq, ilk pillədəyik. Oyunun fərqi yoxdu, əsas nəticədi. Hələ belə bir şey olmamışdı, hamınızı təbrik edirəm. 

- Artıq iki qələbəmiz var və...-

 Biz bu seçmə mərhələyə start verəndə cavanlar belə bir deviz hazırlamışdılar: Niyə də yox?! (Rəşad Sadıqovu yanına çağırır) Bunun heç kimdən əskiyi yoxdu, hətta artığı var. Mən də dedim ki, gedin, vuruşun, oynayın, qazanın.