Rusiya prezidenti Vladimir Putin sabah Türkiyəyə səfər edəcək. 

Unikal.org xəbər verir ki, Putin İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.  

Görüşdə iki ölkə arasındakı iqtisadi münasibətlər və Suriyadakı hərbi durum müzakirə ediləcək. İki ölkə liderinin görüşündə regional məsələlərlə bağlı ciddi qərarların veriləcəyi gözlənilir.