Bölgələrdə elə sürücülər var ki, yaşı 70-ə, hətta 80-ə yaxındır. Lakin sürücülük vəsiqələri yoxdur. Onlar iddia edirlər ki, vəsiqə olmasa da ən əsası qanun-qaydalara əməl etməkdir. Sağlamlığı da imkan verirsə, istənilən yaşda avtomobil idarə etmək olar. Gənclər və orta yaşlı sürücülər isə bu fikirlə razılaşmırlar.

Unikal.org  xezerxeber.com-a istinadən bildirir ki, 60-70, bəzilərinin isə hətta 80 yaşı var, əksəriyyətinin də sürücülük vəsiqəsi yoxdur. Bərdədə bu cür sürücülərə daha çox rast gəlinir. Onlar iddia edir ki, ahıl sürücülər avtomobili idarə edərkən daha diqqətli olurlar. Sürət həddini demək olar ki, aşmırlar. Bu səbəbdən də daha az qəza şəraiti yaradırlar.Gənc və orta yaşlı sürücülər isə yaşı 60-dan yuxarı olanların sükan arxasına əyləşməsini düzgün hesab etmirlər.

Mütəxəsislər isə bildirir ki, ahıl sürücülər özlərinə daha çox nəzarət edirlər və qeyri-münasib şəraitdə, o cümlədən "pik" saatlarda sükan arxasına əyləşmir, gecə vaxtı magistralda maşın sürmürlər. 

Bərdə rayon polis şöbəsinin dövlət yol polis bölməsindən də bildirildi ki, yaşı 70-dən artıq olan sürücülər qəza zamanı başqaları ilə müqayisədə vücudlarının zəifliyi səbəbindən daha tez xəsarət ala və ya həlak ola bilələr. Bununla belə onların qəza törətmə ehtimalı gənclərlə müqayisədə dəfələrlə azdır. 

Lakin, yaşından asılı olamayaq sürücülük vəsiqəsiz avtomobil idarə edən şəxslər 100 manat cərimə olunur və həmin avtomobil müvəqqəti dayanacağa yerləşdirilir.