Dağıstanın сənubunda, Süleyman-Stal  rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilib. 

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Milli antiterror Komitəsinin qərargahının  nümayəndəsi bildirib.
 Onun sözlərinə görə, hazırda silahlıların zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır: " Süleyman-Stal  rayonunda antiterror əməliyyatı rejimi Moskva vaxtı ilə saat 21:45-dən etibarən tətbiq edilib. Hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir. 

Digər təfərrüatlar barədə məlumat verilmir.