Xorvatiya Respublikasının prezidenti, xanım Kolinda Qrabar Kitaroviç oktyabr ayının sonuna yaxın Azərbaycana rəsmi səfər edəcək.

Unikal.org bildirir ki, bu barədə APA-ya Xorvatiyanın Bakıdakı diplomatik nümayəndəliyindən məlumat verilib.

Səfər çərçivəsində ikitərəfli görüşlərdən əlavə, Azərbaycan və Xorvatiya şirkətləri arasında biznes forum da keçiriləcək.