Tanınmış müğənni Günay İbrahimli tədbirlərin birində primetime.az-ın fotokamerası önünə keçərək maraqlı fotosessiyaya imza atıb.

Unikal.org bildirir ki, daima formada qalması və səliqəli geyimi ilə diqqət çəkən müğənni, açıqlamasında arzusunda olduğu çəki haqqında danışıb: 

"Arıqlamaq mənə yaraşmır. Bunu ərtafımda olan insanlar deyir. Heç vaxt artıq çəkidən əziyyət çəkməmişəm. Ümumiyyətlə, çəkimdə dəyişiklik olan zaman çox az adam bunu hiss edir. Çünki xarici görünüşüm demək olar ki dəyişmir. Arzuladığım çəki 53 olsa da, hazırda 59 kiloyam. Fikrimcə insan düzgün geyinməlidir ki, artıq çəkisini gizlədə bilsin."