"Türkiyə bu ilin iyul ayında çətin bir sınaqdan şərəflə çıxdı.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresindəki çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək böyük qəhrəmanlıq göstərdi: "Onlar Türkiyədə hərbi çevrilişə cəhdin qarşısını aldılar, dövlətçiliyini qorudular. Bundan başqa, Türkiyənin xoşbəxt bu gününü və gələcəyini qurdular. Biz Azərbaycanda sizinlə fəxr edirik.