"Neftin qiyməti son 40 ildə ən aşağı səviyyədədir və uzun müddətdir belə qalır.

Unikal.org-un azvision.az-a istinadən məlumatına görə, bu sözləri Venesuela prezidenti Nikolas Maduro İstanbulda 23-cü Dünya Enerji Konqresində çıxışı zamanı deyib. 

O bildirib ki, qiymətlər bəzən sərf olunan maliyyədən daha aşağı olur: "Bu məsələ bütün ölkələrə təsir edir. Neft istehsal edən ölkələr OPEK üzvləri ilə razılaşma əldə etməli və neft bazarının stabilləşməsi üçün çalışmalıdır. Qiymətlər daha ədalətli, investorları cəlb edəcək səviyyədə olmalıdır. Bu gün dünyaya ən önəmli enerji resursu neftdir. Bu sahədə yeni mexanizmlərə ehtiyac var. Ümid edirik ki, 6 ay ərzində yeni mexanizm ortaya çıxacaq.Nikolas Maduro həmçinin neft hasilatçısı olan ölkələrin yeni alyans yaradacaqlarına ümid etdiyini bildirib.