"Mançester Yunaytedin uşaq komandasında Runi soyadlı futbolçu peyda olub. Məlum olub ki, məşhur Ueyn Runinin 6 yaşlı oğlu Kay klubla müqavilə imzalayıb.

Unikal.org xəbər verir ki, Joze Mourinyonun baş məşqçi postuna gəlişindən sonra "Qırmızı şeytanların əsas heyətində az-az görünməsinə baxmayaraq, Ueyn oğlunu MY-nin futbol akademiyasına yazdırıb.Bundan əvvəl komandanın başqa bir veteran futbolçusu Maykl Kerrik də eyni addımı ataraq, oğlu Ceysini uşaq komandasına yazdırmışdı.Sabiq MY-li, hazırda "Realın şərəfini qoruyan Kristiano Ronaldonun 6 yaşlı oğlu - balaca Kristinao da bu ildən futbol məktəbinə gedir.