Yanğından qorxan gəlin evdən qaçıb.

Unikal.org xezerxeber.com-a istinadən bildirir ki, qəribə hadisə Cəlilabadda baş verib. Bir neçə gün əvvəl Cəlilabadın Böyük Bəcravan kəndində Tarverdi Allahverdiyevə məxsus ev yanıb. Qəfldən başlayan yanğın tez bir zamanda bütün otaqları bürüyüb.Bu zaman otaqda evin 18 yaşlı gəlini Aysel Abasova və ailənin gözdən əlil nənəsi olub. 

Yanğından xəbər tutan qonşular ailə üzvlərini xilas etsələr də şoka düşən gəlinin evdən çıxaraq naməlum istiqamətdə getdiyi bildirilir.Ailə üzvləri gəlinin tapılmadığını görüb hüquq mühafizə orqanlarına da məlumat veriblər.

Hadisədən bir gün sonra Aysel Abasova Cəlilabad şəhərində tapılıb. Yanğınsöndürənlər alovun məhz gəlinin otağından başladığını bildirib. 
Elə ilkin ehtimala görə o, bu hadisədən həyacanlanaraq qaçıb. Nəticəsində ailəyə yenicə gəlin gəlmiş Aysel Abasovanın cehizləri də tamamilə yanıb.