Hindistanın cənubunda, Hiderabad şəhərində yaşayan Aradhana Samdariya adında 13 yaşlı qız, mənsubu olduğu Ceyn inancına görə tutduğu 68 günlük orucdan sonra həyatını itirib.

Unikal.org  BBC-yə istinadən xəbər verir ki, polis qızın oruc tutmağa məcbur edilib edilmədiyini öyrənmək üçün ailəsini istintaqa cəlb edib. Ailəsi qızlarının Ceyn inancının qaydalarına uyğun olaraq oruc tutmağa öz istəyi ilə qərar verdiyini bildirib.

Gənc qızın atası Manşi Samdariya: "Bizdən upvaas(qatı qida qəbul etməməyi tələb edən oruc növü) tutmaq üçün icazə istədi. 51 gündən sonra dayandırmağını istədik. Orucu könüllü tuturdu. Heç kim onu məcbur etməyib deyib. 

Hind mətbuatı, gənc qızın 68 gün qaynar su ilə bəsləndiyini və orucunu açdıqdan iki həftə sonra isə öldüyünü yazıb.