Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 13-də Ermənistana rəsmi səfər edəcək.

Unikal.org apa-ya istinadən məlumatına görə, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. 

Səfər Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə həyata keçiriləcək. N. Nazarbayev oktyabrın 14-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçiriləcək iclasına da qatılacaq.

Xatırladaq ki, oktyabrın 12-də Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gələcək.