18 Avqust 2019
17 Avqust 2019
Gündə 1 xurma ye: Nəticəni gör
Gündə 1 xurma ye:Nəticəni gör ARAŞDIRMA 15:23 2016-10-11

Xurmanın faydaları insanlara qədim zamanlardan məlumdur. Xurma əsl vitamin və minerallar anbarıdır. Zəngin kimyəvi tərkib xurmanı bir çox orqan və sistemlər üçün faydalı edir.

Unikal.org xurmanın faydalarını təqdim edir:

1. Kalium, maqnezium və dəmirlə zəngin olan xurma ürək-damar və qan sistemi üçün çox faydalıdır - ürəyi möhkəmləndirir, damarların sağlamlığını qoruyur, aterosklerozun inkişafının qarşısını alır, qanın tərkibini yaxşılaşdırır.

2. Xurma yodla zəngindir. Yod qalxanvari vəzinin normal fəaliyyəti üçün olduqca vacib olan mineraldır. Bu mineralın orqanizmdə çatışmazlığı müxtəlif qalxanvari vəzi xəstəliklərinə səbəb olur.

3. Qidalı liflər və pektin maddələri ilə zəngin olan xurma bağırsaqların fəaliyyətinə çox müsbət təsir edir - bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır, bağırsaqları yaxşı təmizləyir .

4. Xurma beta-karotin maddəsi ilə zəngindir. Beta-karotin orqanizmdə A vitamininə çevrilir. A vitamini normal görmə üçün çox vacibdir.

5. Xurma dərinin vəziyyətini yaxşılaşdırır.

6. Antioksidantlarla zəngin olan xurma xərçəng əleyhinə xüsusiyyətlərə malikdir.

7. Xurma əla sidikqovucudur - böyrəkləri və sidik yollarını təmizləyir, iltihabı azaldır.