1910-ildə dünyaya gələn Əminə Ədalət Pi haqqında arxivlərdə kifayət qədər məlumat yoxdur. Lakin bir az araşdırılanda onun maraqlı həyat hekayəsinin olduğu ortaya çıxır.

Unikal.org-un xəbərinə görə, İstanbulda doğulan və rəqqas olan Əminə 14 yaşında Almaniyaya köçür və bu sənəti orada öyrənməyə başlayır. Sonralar nasist olan Henri Pi ilə ailə həyatı qurur. Bir müddət sonra Almaniyada məşhur rəqqasə olaraq tanınmağa başlayır.

Səhnədə rəqs etdiyi zaman Hitlerin təbliğat naziri olan Qoebbels ona yaxınlaşaraq Adolfun onunla görüşmək istədiyini söyləyir. Əminə qorxsa da bu təkliflə razılaşır. Qoebbels Əminəyə almanlar üçün casusluq etməsini təklif edir. Əminə bu təklifi düşünəcəyini söyləyərək ondan vaxt istəyir. Almanlar üçün casusluq etmə fikrinə rədd cavab verən Əminənin əri öldürülür. O, bu barədə Almaniyadan Türkiyəyə məlumat göndərir. Bundan sonra Əminə 1942-ci ildə Türkiyəyə qayıtsa da burada çox qalmır.

Hitlerin yavəri Freglayr ilə yaxın əlaqələri başlayır. Bu əlaqə Əminənin işinə yarayır. Yaxınlıq sayəsində məclislərin birində Hitlerə xüsusi göbək rəqsi göstərək Adolfa yaxınlaşır. Onun Hitlerə yaxınlaşmasının səbəbi Əminənin MAH-ın (Milli AMALIM Xidməti), yəni Türkiyənin ilk Milli Kəşfiyyat Təşkilatının casusu olmasıdır.

Almanların Parisi işğal edəcəyini Ankaraya xəbər verir. Bu, məlumat dövrü üçün çox əhəmiyyətlidir. Çünki heç kim almanların Parisi işğal edəcəyini düşünmürdü. Türkiyə Parisdəki türk vətəndaşlarını vətənə çağıraraq onları orada baş verəcək müharibədən qoruyur.

Əminə tamaşa üçün gəldiyi Konya şəhərində Atatürk ilə tanış olur. Hətta yaxınlarına Atatürk onu yanağından öpdüyü üçün bir həftə yanağını yumadığını söyləyib.

70 yaşına qədər rəqs edən Əminə 1985-ci ildə dünyasını dəyişir.

publika.az