Bu gün DÇ-2018-in seçmə mərhələsində 3-cü tura yekun vuruluB.

Unikal.org-un məlumatına görə, Azərbaycan millisi də növbəti oyununa çıxıb.

Robert Prosineçkinin komandası səfərdə Çexiyanın qonağı olub. 

Qrupdakı ilk iki matçında San Marino və Norveç üzərində minimal hesablı qələbələrə sevinərək 100% nəticə göstərən komandamızın səfər oyununda hesab açılmayıb 0-0.

Çətin səfərdən 1 xal qazanmaq belə Robert Prosineçkinin yetirmələri üçün uğur hesab olunur.

Qeyd edək ki, bu komandalar indiyədək cəmi bir dəfə üz-üzə gəlib. 2009-cu ildə BƏƏ-də keçirilən yoldaşlıq görüşü millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.