"Qəbələ" futbol kulubunun sabiq kapitanı Cavid Hüseynov bu gün azadlığa buraxılıb.

Unikal.org aznews.az-a istinadən bildirir ki, C.Hüseynov azadlığına qovuşan kimi ilk iş olaraq uşaq bağcasına yollanıb. Bu barədə onun vəkili Adəm Məmmədov məlumat verib. O qeyd edib ki, C.Hüseynov qızı Mədinəni bağçadan götürməyə gedib.