Hindistanda faciəli hadisə baş verib. 

Unikal.org aznews.az-a istinadən xəbər verir ki, "Şeytan təkəri yanında dayanaraq selfi çəkmək istəyən 16 yaşlı qız ehtiyatsızlığı ucbatından dəhşətli anlar yaşayıb. Belə ki, qızın saçları təkərə ilişərək dartılmağa başlayıb. Bu zaman qızın başının bədənindən qopmasına sadəcə saniyələr qalıb. Ətrafdakı insanların köməkliyi ilə qız qurğudan xilas edilib. Xəstəxanaya aparılan qızın vəziyyətinin yaxşılaşdığı bildirilir.

Qeyd edək ki, bu, Hindistanda selfi çəkmək istəyərkən yaşanan ilk faciə deyil. Belə ki, ötən il ölkədə 27 nəfər ön kamera ilə selfi etmək istəyinin qurbanına çevrilib.