Çində "iPhone 7 partlayıb. 

Unikal.org xəbər verir ki, smartfonun sahibi qeyd edib ki, hadisə videorolik çəkmək istədiyi vaxt baş verib.

Yalnız zavod istehsalı olan adapterdən istifadə etdiyini bildirən həmin şəxs telefonun qəlpələrinin üz və əlinə xəsarət verdiyini qeyd edib.

Çin sakini məsələ ilə bağlı Apple-a müraciət edib. O, təzminat tələb etməyə hazırlaşır.