Bu gün axşam saatlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 97-ci km-də qeydə alınıb.

1978-ci il təvəllüdlü Əzimov Habil Lətif oğlunun idarə etdiyi 90-HK-044 dövlət nömrə nişanlı "BMW" markalı maşın aşıb.Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.