Bakıda ağır yol qəzası baş verib. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Suraxanı rayonu ərazisində, Hövsan-Türkan yolunda "Ford" markalı, 90 TS 366 dövlət qeydiyyat nişanlı avtomobil aşıb. Nəticədə nəqliyyat vasitəsini idarə edən 27 yaşlı kişi hadisə yerində vəfat edib. Avtomobildə olan 17 yaşlı oğlan isə xəstəxanaya yerləşdirilib.


Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.