PrimeTime.Az xəbər verir ki, ötən gün Xəzət TV-də tanınmış aparıcı Zaur Kamalın təqdimatında yayımlanan ən baxımlı və reytinqli veriliş "5 də 5" yenə də qonaqlı-qaralı olub. Proqramın bu dəfəki qonaqları əməkdar artist Cabir Abdullayev, və müğənni Tacir Şahmalıoğlu könül oxşayan canlı ifalar, muğam və xalq mahnıları ilə qəlblərə yol tapıb.

Unikal.org bildirir ki, aparıcının, T.Şahmalıoğluna oğlunun nə işlə məşğul olması sualına müğənni belə cavab verib: 

"Uşaqlıqdan arzulayırdım ki, Azərbaycan ordusunda xidmət edim. Amma bu mənə qismət olmadı. Çox şükür ki, bu gün Azərbaycanın güclü ordusu var və mənim oğlum da oradadır. Fəxr edirəm ki, oğlum Azərbaycan ordusuna xidmət edir". 

Sənətçilər oxuduqları ana, ata muğamları ilə verilişdə qonaq olanları göz yaşlarına boğub.