Bu il Monqolustanda "Dünyanın ən gözəl üzü - 2016" beynəlxalq müsabiqəsi keçirilib.

Unikal.org-un Rusiya mətbuatına istinadən məlumatına görə, müsabiqəyə dünyanın müxtəlif yerlərindən 60 gözəl qatılıb.

Birinci yeri rus qızı, 22 yaşlı Alyona Rayeva qazanıb. Alyona Rusiyanın Krasnoyarsk vilayətindəndir. Müsabiqədən sonra o jurnalistlərə bunları deyib: "Mən hətta ilk beşliyə düşəcəyimi belə gözləmirdim, o ki, qala qalib olmağı..."