Xorvatiyalı futbolçu İviça Oliç mərc oyunlarına pul qoymaqda ittiham edilir.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hazırda II Bundesliqanın "Münhen 1860 klubunda çıxış edən xorvatiyalı futbolçu Almaniya Futbol İttifaqının idman məhkəməsi tərəfindən iki oyunluq cəza alıb. Bununla yanaşı, o, 20 min avro məbləğində cərimələnib.

Otuz yeddi yaşlı futbolçu avqustun 26-dan sentyabrın 11-dək mərc oyunlarında doqquz qarşılaşma üçün pul qoyub. Lakin xorvatiyalı futbolçu komandasının oyunlarına pul yatırmayıb. Araşdırmalar nəticəsində məlum olub ki, matçlara pul qoyuluşu əməliyyatları hücumçuya məxsus bank kartlarından aparılıb. Lakin İ.Oliç mərc oyunları ilə özünün yox, dostlarının məşğul olduğunu bildirib.