Qusar rayonunda dəm qazından ölüm faktı qeydə alınıb.
Unikal.org xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar şəhərində 27 yaşlıVəliyeva Sevil Yaşar qızı və onun qızı, 2 yaşlı Aişə Vəliyevanın yaşadıqları evdə meyitləri tapılıb.
İlkin məlumata görə, ana və qızı dəm qazından boğulublar. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.
Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırmalar davam etdirilir.