Xalq artisti İlhamə Quliyeva II Fəxri xiyabanda dəfn olunub.
Unikal.org-un Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən vida mərasimindən sonra mərhum xalq artistinin cənazəsi II Fəxri xiyabanda anası, xalq artisti Tükəzban İsmayılovanın yanında torpağa tapşırılıb.
Dəfn mərasimində rəsmi şəxslər, incəsənət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak edib.
Xatırladaq ki, İlhamə Quliyeva 1943-cü ildə Lənkəranda anadan olub. O, fevralın 25-də 73 yaşında dünyasını dəyişib.