Milli komandaların FİFA reytinqi ilə bağlı təxminlər açıqlanıb.

Unikal.org-un Apasport.az-a istinadən məlumatına görə, ehtimallar əsasında qurulan cədvəl Azərbaycan milisinin fantastik sıçrayışla əlamətdar olacaq.

Bu siyahıya nəzər salsaq, yığmamız ötən ayla müqayisədə 45 pillə irəliləyəcək. Kurasao ilə eyni qədər inkişafa nail olan komandamız yalnız Monteneqronun irəliləyişinə həsəd apara bilər. Sonuncular irəli doğru 49 addım atıb.
Hesabında 404 xal olan Azərbaycan yığması 88-ci pillədə qərərlaşıb. Ötəm ay 252 xalla 133-cü olan Robert Prosineçkinin yetirmələrinin 152 xal qazanması DÇ-2014-ün Norveçlə ev (1:0), Çexiya ilə səfər (0:0) qarşılaşmaları sayəsində mümkün olub.
Nəticədə komandamız Bolqarıstan, Qazaxıstan, Litva və Latviya kimi Avropa ölkələrini arxada qoyub.
Millimiz və "qonşuları
84 (78). Çin - 419
85 (91). Keniya - 416
86 (82). Honduras - 411
87 (93). Haiti - 405
88 (133). Azərbaycan - 404
89 (104). Bolqarıstan - 395
90 (83). Qazaxıstan - 386
91 (85). Qətər - 385
92 (81). Ekvatorial Qvineya - 380
Dünyanın ən güclü 10 komandasının mövqeyində də müəyyən dəyişikliklər qeydə alınıb. Argentina zirvədə qalsa da, Belçika 2-ci sıranı əldən verib. Nəticədə Almaniya 2-ci, Braziliya 3-cü yerə yüksəlib. Bundan başqa, Portuqaliya və Kolumbiya 1 addım geriləyib, Fransa eyni qədər irəliləyib. İspaniya isə "10-luğa daxil olub.
İlk "onluq
1 (1). Argentina - 1621
2 (3). Almaniya - 1465
3 (4). Braziliya - 1410
4 (2). Belçika - 1382
5 (4). Kolumbiya - 1361
6 (6). Çili - 1273
7 (8). Fransa - 1271
8 (7). Portuqaliya - 1231
9 (9). Uruqvay - 1175
10 (11). İspaniya - 1168
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya irəliləyib, San-Marino mövqeyində qalıb. Digər komandalar isə geriləyib. Şimali İrlandiya 6, Çexiya 7, Norveç 11 addım geri düşüb.
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
2 (3). Almaniya - 1465
36 (30). Şimali İrlandiya - 739
40 (33). Çexiya - 663
81 (70). Norveç - 438
201 (201). San-Marino - 17
Qeyd edək ki, qonşu Türkiyə yığması 25-ci yerə yuvarlanıb. 4 pillə geriləyən "ay-ulduzlular 843 xala malikdi.