Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin Xalq artisti İlhamə Quliyevanın vida mərasimindəki çıxışı zamanı səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.
Unikal.org AzNews.az-a istinadən xəbər verir ki, nazir bu gün Xocalı faciəsinin ildönümü olduğunu xatırladıb: "Bu gün həm də Xocalı faciəsinin ildönümüdür. İlhamə Quliyevanın dəfn olunduğu gün şəhidlərimizin də anım gününə təsadüf edib. O şəhidlərin sırasına sənətkarımız İlhamə Quliyevanın da adını yazmaq olar. Çünki İlhamə xanım Azərbaycanın müstəqilliyini, dövlətçiliyini ürəyində yaşadan bir sənətkar idi".