Lənkəranda Xocalı faciəsinin 24-cü ildönümü yad edilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, icra başçısı Taleh Qaraşov, icra aparatının kollektivi, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri və digər şəxslər azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksin önündə faciə qurbanlarının xatirəsini anıb.

Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra rayonun fəal istedadlı gənclərinin ifasında "Bu qan yerdə qalan deyil!" adlı kompozisiya nümayiş etdirilib.

Anım mərasimi Heydər Əliyev Mərkəzində davam etdirilib. Kinorejissor Vahid Mustafayevin "Xoca" bədii televiziya filminin nümayişi olunub.

Lənkəranda Xocalı qurbanları anıldı