UEFA milli komandaların reytinq cədvəlini açıqlanıb.

Unikal.org xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsində Norveçi 1:0 hesabı ilə məğlub edib, Çexiya ilə 0:0 oynayan millimizin xal hesabı 16 871-ə çatıb.

Beləliklə, yığmamız 40-cı pillədən 38-ci yerə yüksəlib.

Millimizin seçmə qrupundakı rəqiblərdən Almaniya cədvələ başçılıq edir. Şimali İrlandiya (27) və San-Marino (53) mövqeyində qalıb. Norveç bir pillə geriləyərək 31, Çexiya isə 5 pillə enərək 24-cü pillədə qərarlaşıb. Türkiyə millisi isə 24-cü pillədə qalıb.

Qeyd edək ki, I pillədə Almaniya, II yerdə Fransa, III sırada isə Belçika millisi qərarlaşıb.