Xalq artisti Aygün Kazımova qəza keçirib.

Unikal.org axsam.az-a istinadən bildirir ki, o, tədbirlərdən birinə gedərkən yolda avtomobili ilə yolun kənarındakı çuxura düşərək qəza keçirib. Müğənni xəsarət almadan təhlükədən sovuşsa da, "Chevrolet Camaro Cabriolet" markalı avtomobildə kiçik cızıqlar yaranıb.

Əməkdaşımıza açıqlama verən A.Kazımova hər şeyin qaydasında olduğunu deyərək hətta zarafat da edib:

"Hamısı bəd nəzərdir..."