Futzal üzrə UEFA kubokunun əsas mərhələsinin II qrupunda son oyunlar keçirilib.

Unikal.org apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu "Araz" Makedoniyada keçirilən oyunların sonuncusunda yerli "Zalezareç"i meydana çıxmağına peşman edib.

15 qol vuran çempionumuz cəmi 4 qola üzülüb. Maraqlıdı ki, təmsilçimiz matç ərzində qapı istiqamətinə 70 zərbə vurub ki, onlardan 34-ü çərçivəyə düşüb.

Rəqibdə isə bu göstərici müvafiq olaraq 17, 7-ə bərabərdi.

"Araz"

"Zalezareç"

15

Qollar

4

70

Qapıya zərbə

17

34

Çərçivəyə zərbə

7

24

Çərçivədən kənar

5

12

Bloklanmış

5

2

Dirək, tir

0

14

Küncdən zərbə

9

2

Sarı vərəqə

0

0

Qırmızı vərəqə

1

7

Qayda pozuntusu

3